10 May 2009

“Cinema” “100 saniyə” Beynəlxalq Film Festivalında

19 – 21 fevral 2009-cu ildə tarixlərində İranın paytaxtında “100 saniyə” Beynəlxalq Film Festivalı gerçəkləşdi. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri “Start” Beynəlxalq Tələbə Filmləri Festivalının prezidenti Fehruz Şamıyev xüsusi qonaq qismində festivalda iştirak edib. Festival arasında İran Gənc Kinematoqrafçılar Birliyinin Tehran və Təbriz şöbələrində olan “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzinin rəhbəri Fehruz Şamıyev birgə film layihələrinin həyata keçirilməsi barədə müzakirələr aparıb.
Tehranda keçirilən yüz saniyəlik beynəlxalq filmlər kinofestivalı Azərbaycan kinematoqrafı, rejissor Ramiq Mehdi üçün uğurlu olub. Bu tədbirdə ölkəmizi təmsil edən R.Mehdinin “Yeni dalğa” Prodüser Mərkəzində istehsal olunmuş “Atəş” filmi festivalın baş mükafatına layiq görülüb. (http://100seconds.org/)

No comments:

Post a Comment