03 August 2009

"MİLLİ KİNO HƏFTƏSİ"NƏ YEKUN VURULDU



İyul ayının 27-dən 31-ə kimi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi və “Təkan” Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Kinematoqrafçılar İttifaqının nümayiş zalında Milli Kino Günü münasibətilə “Azərbaycan kinosu həftəsi” keçirildi. Beş gün davam edən film həftəsində son illər ölkəmizdə istehsal olunan ən maraqlı filmlər nümayiş olundu. 

"Qala" Şamil Nəcəfzadə
"Girov" Eldar Quliyev
"Qocalar" İsmayıl Məmmədov, Fariz Əhmədov 
"Ev" Asif Rüstəmov
"Ərazi" Orxan Fikrətoğlu
"Məhkumlar" Mehriban Ələkbərzadə
"Arxada qalmış gələcək" Rüfət Əsədov


Bütün filmlərin nümayişində geniş tamaşaçı kütləsi iştirak edirdi. Əsasən kinodan kənarda çalışan və təhsil alan gənclərdən təşkil olunmuş tamaşaçıların son dövrlər çəkilən filmlərimizə bu qədər maraq göstərməsini bizim rejissorlar öz gözləri ilə görmək istəyirdilər. Bu məqsədlə hər bir filmdən bir nümayəndə nümayişdən əvvəl tamaşaçılara ekran əsəri haqqında məlumat verirdi. 
Nümayişlərdən sonra gənclərin öz aralarındakı müzakirələri də maraqlı oldu. “Doğrusu, bilməzdik ki, Azərbaycanda belə filmlər çəkilir. Bu filmlərin nümayişlərini tez-tez təşkil etmək lazımdır. Nədənsə bu filmləri satışda tapmaq olmur. Yeni filmlər haqqında məlumatlar çox az verilir” və s. bu kimi sözləri oradakı əksər gənclərdən eşitmək olardı.
  Ölkənin müxtəlif gənclər təşkilatlarından, təhsil ocaqlarından gəlmiş bu gənclərin Azərbaycanda son illər çəkilən filmləri necə acgözlüklə izləməsi kinomuzun gələcəyinə də bir inam yaradır. 
   


0 comments:

Post a Comment